"Ay yapım" tərəfindən lentə alınan "İçerde" adlı yeni serialda rol alacaq aktyor Çağatay Ulusoy imicini dəyişib. Saçlarını qırxdırıb, saqqalını uzadan Ulusoy ekran işində Polis Akademiyasında oxuyan Sarp obrazını canlandıracaq. Çağatay seriala hazırlaşmaq üçün döyüş idmanı və silahdan istifadə etmək dərsləri alıb. Rolu üçün kamera qarşısına keçən aktyor çox həyəcanlandığını bildirib. Rejissorluğunu Uluç Bayraktarın etdiyini, ssenarisini Ertan Kurtulanın və Toprak Karaoğlunun yazdığı serialda Çağatayın qardaşı obrazında Aras Bulud İynemli çəkiləcək.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.