Türkiyəli aktrisa Sinem Kobal 29 yaşını həyat yoldaşı Kenan İmirzalıoğlu və dostları İzzet-Yasemin Özilhan cütlüyü ilə birlikdə qeyd edib.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, restoranların birində oturan cütlük 3 saat orada qaldıqdan sonra çıxıblar. Jurnalistlərin Sinemə nə hədiyyə alması ilə bağlı sualları Kenan cavabsız qoyub.
Daha sonra məlum olub ki, aktyor xanımına dəyəri 3 min avro olan Pug cinsi it alıb. Kenan itin öyrədilməsi və iynələrinin vurulması üçün də əlavə 5 min lirə (təxminən 2600 manat) ödəyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.