banner
banner

Sosİal

243 narkoman qeydiyyata götürüldü

243 narkoman qeydiyyata götürüldü

Bu ilin ilk yarısında 243 narkoman qeydiyyata götürülüb. Sərxoşluq və narkotik vasitələrin istifadəsinə görə isə 11715 nəfər tibbi müayinədən keçirilib. Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyindən məlumat verilib.

Xəbərdə deyilir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planının icra vəziyyəti araşdırılıb. “Ədliyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzinə məhkəmə-narkoloji tibbi yoxlamadan keçmək üçün 1107 nəfər göndərilib. Həmçinin 1321 nəfər stasionar müalicəyə qəbul edilib. Onlardan 573 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları”, 748 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozları ilə stasionar müalicəyə cəlb olunub”, - deyə məlumatda bildirilir.

Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzində insan immunçatışmamazlığı virusunun infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsinin yaradılması barədə” 22/I-ŞH saylı əmrinə əsasən mərkəzdə insanın immunçatışmamazlığı virusunun infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsi yaradılıb. Bu il 1088 nəfər həmin məntəqədə müayinədən keçirilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.