banner
banner

Sosİal

Ziya Məmmədov Agstafada vətəndaşları qəbul edib

Ziya Məmmədov Agstafada vətəndaşları qəbul edib
Nəqliyyat naziri Ziya Məmmədov avqustun 12-də Ağstafa rayonunda qəbul keçirib. 
 
Nazir Tovuz, Qazax, Ağstafa rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciət, şikayət və təkliflərini dinləyib.
 
Vətəndaşların müraciətlərinə əsasən, Tovuz-Qaraxanlı avtobus marşrut xəttinin Qədirli kəndi ərazsindən keçməklə uzadılması, Ağstafa-Qırılı avtobus marşrut xəttinin uzadılması, Ağstafa – Qaçaq Kərəm yeni avtous marşrut xəttinin açılması, Ağstafa rayonunda müasir tipli avtovağzal binasının tikintisi təklif olunub. Eyni zamanda, Qazax-Qazaxbəli (Yeni qəsəbə) marşrutu üzrə sərnişindaşıma fəaliyyətinə kənar qanunsuz müdaxilələrin qarşısının alınması və nəzaərtin gücləndirilməsi xahiş olunub.
 
Görülən işlərlə əlaqədar vətəndaşlar tərəfindən minnətdarlıq ifadə olunub.
 
Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların digər müraciətləri ilə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.
 
Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırılıb.
 



Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.