Azərbaycanda ötən il 779 uşaq yaşı 16-dək və 16 yaşda olan qadınlar tərəfindən doğulub.
Trend-in Dövlət Statistika Komitəsinin statistik göstəricilərinə istinadən verdiyi məlumata görə, 2015-ci ildə 20 yaşadək qadınlar tərəfindən 18 056 uşaq doğulub. Uşaqların 175-i 16 yaşadək, 604-ü 16 yaşda, 2116-sı 17 yaşda, 5845-i 18 yaşda, 9316-sı isə 19 yaşda olan qadınlar tərəfindən dünyaya gətirilib.
Son 15 il ərzində Azərbaycanda 20 yaşadək qadınlar tərəfindən doğulan uşaqların sayının ən çox qeydə alındığı il 2011 olub. Həmin ildə 20 yaşadək qadınlar tərəfindən dünyaya gətirilən 22 432 uşağın 170-nin anasının yaşı 16-ya qədər, 964-nün anası isə 16 yaşda olub.
Son 15 ildə 16 yaşa qədər qadınlar tərəfindən doğulan uşaqların sayının ən çox qeydə alındığı il isə 2014 olub. Həmin ildə 20 yaşadək qadınlar tərəfindən dünyaya gətirilən 19 267 uşağın 228-nin anasının yaşı 16-dək, 740-nın anası 16 yaşda, 2328-nin 17 yaşda, 6083-nün 18 yaşda, 9888-nin isə 19 yaşda olub.
Xatıqladaq ki, Azərbaycanda qadın və kişilər üçün nikah yaşı 18-dir. Lakin bəzi üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Bu səbəblər daha çox nikaha girmək istəyən tərəflərin ailə vəziyyətləri ilə bağlı olur. Məsələn, onların valideynləri ağır (ölümcül) xəstə olduqda, qız hamilə olduqda və s. hallarda tərəflər 17 yaşında nikaha daxil ola bilərlər.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.