banner
banner

Sosİal

Oğuzda baş vermiş meşə yanğınlarını söndürmək mümkün olmayıb

Oğuzda baş vermiş meşə yanğınlarını söndürmək mümkün olmayıb
Oğuz rayonunun Xaçmaz kəndinin Qəbələ rayonu ilə sərhəd ərazilərində meşə sahələrində baş vermiş yanğın hadisəsinin qarşısını almaq mümkün olmayıb.
 
Oğuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən"Report"un Şimal-Qərb bürosuna verilən xəbərə görə, geniş ərazini əhatə edən meşə yanğınlarının qarşısının alınması məqsədilə Oğuzdan 3, Qəbələdən 2, Şəki, Yevlax və Ağdaş rayonlarının hər birindən 1 yanğınsöndürən maşın və xeyli sayda şəxsi heyət cəlb olunub. Dünən günün axşam saatlarında qaranlıq olması səbəbindən yanğınsöndürmə işləri təxirə salınıb.
 
Hazırda ərazidə növbətçi yanğınsöndürənlər növbə çəkir. Sabah günün səhər saatlarında yanğınların qarşısının alınması üçün yanğınsöndürən maşınlar və şəxsi heyət yenidən ərazilərə cəlb olunacaq.
 
Məlumat üçün bildirək ki, Oğuz rayonunda meşə yanğınları avqustun 24-də başlayıb.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.