banner
banner

Şou

Cem Yılmazın yeni sevgilisi odur – FOTO

Cem Yılmazın yeni sevgilisi odur –

Bir müddətdir birlikdə olduqları iddia edilən və haqlarında xəbərlər çıxan model, aparıcı və pilates mütəxəssisi Ebru Şallı və komediya ustası, aktyor Cem Yılmaz münasibətlərini artıq gizlətmirlər. Ötən gün axşam Bodrumda bir məkanda, Ozan Güvənlə səhnəyə çıxan C. Yılmaz sevgilisi E.  Şallının gözlərinin içinə baxaraq "Psikopatik” mahnısını oxuyub. E. Şallının mahnının sonunda  C. Yılmaza "Psikopatım mənim" deyərək qucaqlaması diqqətdən yayınmayıb.

İlk olaraq Çeşmədə birlikdə olan, lakin haqlarında yayılan eşq iddialarını rədd edən Cem və Ebru sonra Bodrumda “Marina Yacht Clup”da əyləniblər. Səhnədə Şəbnəm Fərahın “Sil baştan” mahnısını söyləyən Yılmazı Şallı öpüşlərə qərq edib. O, əlində qırmızı qızılgüllə məkanı tərk edərkən müxbirlərin "Xeyirli olsun" sözlərinə təşəkkür edərək cavab verib. Gecənin finalına barların birində yekun vuran cütlük romantik anlar yaşayıblar.

Xatırladaq ki, E. Şallı bir müddət bundan əvvəl bəstəkar-müğənni Sinan Akçılla münasibətlərini sonra çatdırıb.  

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.