banner
banner

Sosİal

“Azərişıq” xidmətləri asanlaşdırdı: hər gün, ASAN-xidmət mərkəzlərində...

“Azərişıq” xidmətləri asanlaşdırdı:

“Azərişıq” ASC yarandığı ilk gündən başlayaraq regional şəbəkələrin yenidənqurulması və yeni texnoloji avadanlıqlarla təchiz olunması ilə bərabər, onların idarə edilməsi, normativlərə əmal olunması, yeni kadr potensialının formalaşdırılması üçün kompleks tədbirlər həyata keçirilir. Bu istiqamətdə əhaliyə xidmət səviyyəsinin günbəgün artırılması qarşıya məqsəd kimi qoyulub.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tövsiyyə və tapşırıqlarına uyğun olaraq sosial sferada ən qabaqcıl layihələrin həyata keçirilməsi, vətəndaşların rahatlıq və rifahı üçün ən modern üsullardan istifadə edilir. Abonentlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək məqsədilə onlara yüksək səviyyəli xidmət göstərilməsi üçün “Azərişıq”ASC tərəfindən daim yeniliklər həyata keçirilir.

 "Azərişıq" ASC “ASAN xidmət” mərkəzləri ilə iki ildən artıq müddətdə fəaliyyət göstərməkdədir. Hal-hazırda Bakı şəhərində 1,2,3,4,5 saylı “ASAN xidmət” mərkəzlərində və regionlarda Sumqayıt, Sabirabad və Bərdə “ASAN xidmət” mərkəzlərində  “Azərişıq” ASC-nin fəaliyyəti davam etdirilir. Müraciət edən abonentlərimizin keyfiyyətli və sürətli xidmətlərimizdən məmnunluğu, müraciətlərin çoxluğu nəzərə alınaraq göstərilən xidmətin əhatəsini daha da genişləndirmək məqsədi ilə 2016-ci ilin avqust ayından etibarən Gəncə və Qəbələ “Asan Xidmət” mərkəzlərində də xidmətə start verilib. Artıq qeyd edilən mərkəzlərdə abonentlərimiz “Azərişıq” ASC-nin göstərdiyi xidmətlərdən faydalana bilərlər.

 

Hazırda “Azərişıq” ASC “ASAN xidmət” mərkəzləri ilə birgə vətəndaşlara:

-Borcun olmamasına dair arayışın verilməsi,

-Elektrik enerjisi istehlakçısının dəyişdirilməsi,

-Məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması,

-Qeyri əhali üzləşmə aktların verilməsi.

-Borcun araşdırılması xidmətlərini göstərir.

“Azərişıq” ASC-nin “ASAN Xidmət” mərkəzləri vasitəsi ilə göstərdiyi xidmətlərdən həftəiçi səhər saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə  səhər saat 10:00-dan 17:00-dək müraciət etmək mümkündür. Yuxarıda sadalanan və bu kimi digər xidmətlər “Azərişıq” ASC-nin elektron saytı üzərindən “azerishiq.az” online qaydada da həyata keçirilir.

“Azərişıq” ASC elektrik enerjisi haqlarını ödənilməsində də köhnə sterotiplərin aradan qaldırılmasına çalışır. Bu istiqamətdə istehlakçılarla maarifləndirmə və tanışlıq işləri aparılır. Əyani vəsait və sosial reklam çarxları hazırlanır. Abonentlərə tövsiyyə olunur ki, dövrün ən son texnoloji nəaliyyətlərindən istifadə edərək elektrik enerjisinə görə ödəmələri “Azərişıq”ASC-nin Regional Enerji Təchizatı və Satışı İdarələrində, rayon, qəsəbə və kəndlərdə quraşdırılmış ödəmə məntəqələrində, bank və poçt şöbələrində həyata keçirsinlər. Bundan başqa internet üzərindən “azerishiq.az” saytı vasitəsilə “onlayn” rejimdə də ödəniş edə bilərlər.

“Azərişıq” ASC-nin mətbuat xidməti

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.