banner
banner

Şou

DiKaprio “çirkli pul” qalmaqalında

DiKaprio “çirkli pul” qalmaqalında

“Oskar” mükafatlı aktyor Leonardo DiKaprionun sahibi olduğu ətraf mühiti mühafizə vəqfinə Malayziyada bir şirkət tərəfindən külli miqdarda pul bağışlanıb.

Köçürməni məşhur “Wall Street Canavarları” filmini çəkən “Red Granite” şirkətinin sahibi Jho Lov həyata keçirib. Amerika polisi onun “çirkli pulları” əldən çıxarmaq üçün bu addımı atdığını iddia edib.

Lovun DiKaprio ilə əlaqəsi olduğu düşünülərək aktyoru da sorğuya alıblar. Federal İstintaq Bürosu (FBİ) aktyordan Jho Lovun rüşvətxorluqla əlaqəsini bilib-bilmədiyini soruşub. Lakin, DiKaprio haqqında heç bir iddia irəli sürülməyib.

Qeyd edək ki, DiKaprio Malayziyada meşələrin qırılmasına diqqət çəkmək üçün 6 ay öncə bu ölkəni ziyarət etmişdi.

Cia.az




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.