Özəl universitetlərə marağın azalma səbəbi – VİDEO
Özəl universitetlərə maraq azalıb. Hətta elə universitetlər var ki plan yerlərinin cəmi 11, bəzilərinin isə 25 faizi dolub. Ümumilikdə özəl ali təhsil müəssisələrindəki plan yerlərinin təxminən 58 faizi boş qalıb.
Vətəndaşlar özəl ali təhsil müəssisələrinə marağın bu cür azalmasını təhsil haqqının yüksək olması ilə əlaqələndirirlər.
Təhsil eksperti Əjdər Ağayev Xəzər xəbər-ə bildirib ki, əksər universitetlər qeydiyyat zamanı illik ödənişi tələb edir.
Qısa müddət ərzində bu vəsaiti tapa bilməyən abituriyentlər qeydiyyatdan imtina etmək məcburiyyətində qalır.
Ekspert qeyd edib ki, belə məqamlarda müəyyən güzəştlərin tətbiqi ilə tələbə cəlb etmək olar. Əjdər Ağayev digər çıxış yolunu isə təhsil haqqının aşağı salınmasında görür.
Bildirilir ki, bəzi özəl universitetləri yaranmış vəziyyətlə əlaqədar olaraq yeni tədris ilində təhsil haqlarını 20-25 faiz endirmək qərarına gəliblər.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.