Bəzi məşhur mahnıların söz yazarı və bəstəkarı Şehrezat Acun İlıcalının rəhbəri olduğu "Acun Medya"nə və TV8 telekanalını məhkəməyə verib. İstanbul Əqli Mülkiyyət Hüququ Məhkəməsinə müraciət edən Şehrezatın vəkili "Yarışmaçılar mahnını "detone" olaraq müvəkkilimin arzu etmədiyi şəkildə oxuyublar. Bu da onu çox kədərləndirib" deyib. Şehrezat 5 min lirə (təxminən 2500 manat) maddi, 10 min lirə isə mənəvi (təxminən 5 min manat) təzminat tələb edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.