banner
banner

Şou

Tarkandan həyat yoldaşı haqda etiraflar: "Yaxşı ki, evləndik"

Tarkandan həyat yoldaşı haqda etiraflar:

7 günlük silsilə konsertlərinə bir günlük fasilə verən meqastar Tarkan dünən həyat yoldaşı Pınarla restoranlardan birində görünüb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən mılumatına görə, cütlük çıxışda jurnalistlərin suallarını cavablandırıb. Tarkan "Xanımınız ilk dəfə təkbaşına müsahibə verdi, çox həyəcanlı idi" sözlərinə "Çox üzərinə getməyin, yavaş-yavaş" deyərək gülüb.

Dilekin hələ də qızlıq soyadı "Dilek"lə yazılmasına etiraz edən müğənni "O, artıq Tevetoğludur. Ondan soruşmuşdum ki, istərsən, o soyadın da qalsın, amma sadəcə Tevetoğlunun yazılmasını istədi" deyib.

Tarkan həyat yoldaşının ev işləri haqda da danışıb:

"Pınar yaxşı yemək bişirir. Əlinin duzu var. Məsələn, çox xüsusi çiy küftə edir. Daha öncə heç beləsini yeməmişdim. İzləməlisiniz, sənət kimidir".

O, Pınarın hamiləliyi haqda suallara da cavab verib:

"Doğru deyil, vallah. Uşaq deyil, qarındır. Yemək yeməyi çox sevirik. Təbii ki, körpə barədə düşünürük. Çox sevirik uşaqları".

Pınar da "Mən də uşaqları sevirəm, amma hələ yox" deyincə meqastar da söhbətə qoşularaq "Çox da gecikməyək, həyatım" şəklində fikrini bildirib.

Müxbirlərin "Pınar xanım 5 ildir birlikdə olduğunuzu dedi, biz səhv bilirdik" sözlərinin qarşılığında ifaçı "Gizli görüşürdük, ailələrimiz bilmirdi. Yaxşı ki, evləndik" deyib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.