Türk müğənni Yusuf Güney İstanbulun Ortaköy səmtində gecə klubundan çıxarkən paparazzilərin kameralarına tuş gəlib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 4 qız müğənniyə yaxınlaşaraq avtoqraf və telefon nömrəsini istəyiblər.
Y.Güneş jurnalistləri görən kimi avtomobili ilə ərazidən uzaqlaşıb. Qızlar da taksiylə onun arxasınca gediblər. Lakin, bunun bir plan olduğu üzə çıxıb.
Belə ki, 100 metr irəlidə hər iki maşın dayanıb və qızlar müğənninin maşınına minərək Tarabya Limanına gediblər. Qızlar burada Yusufun 1 milyon lirəlik (təxminən 540 min manat) gəmisinə miniblər.
Bu zaman yenə paparazzilərlə rastlaşan ifaçı “Qızlar dostumdur. Sadəcə oturub söhbət edəcəyik” deyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.