Yeni mövsüm üçün aktyor heyətini formalaşdırmağa çalışan “Kurtlar Vadisi Pusu”ya daha bir aktyor cəlb olunub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialı çəkən “Pana Film” “Memati” rolunu canlandırmış Gürkan Uygunun yerini doldurmaq üçün Uğur Pektaşla danışıqlar aparıb.
“Arka Sokaklar” serialında “Murad” rolu ilə yaddaşlarda iz buraxan U.Pektaş uzun danışıqlardan sonra “Kurtlar Vadisi Pusu”da oynamağa razılıq verib.
Qeyd edək ki, serialın hələlik hansı kanalda yayımlanacağı bəlli deyil. “Pana Film” bir yandan da kanallarla danışıq aparır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.