Bakıda "Ağ şəhər" ərazisində 3 metro stansiyası tikiləcək.
Cia.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, Metropolitenin Konseptual inkişaf Sxeminə əsasən "Yaşıl xətt"in davamı olaraq tikilməli olan 3 stansiya həmin əraziyə düşür: "Stansiyalar metronun "Xətai" stansiyası ilə tikilməkdə olan "Həzi Aslanov-2" stansiyaları arasında, Nobel prospekti boyunca olacaq. Stansiyaların şərti adları Y14, Y15 və Y16-dır. Hazırda Y-15 stansiyasında tunel tikintisini həyata keçirmək üçün hazırlıq işləri görülür".
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.