Aktrisa Meryem Uzerlinin sevgilisi Alp Özcandan ayrılma səbəbi bəlli olub.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, aktrisa 10 aydır birlikdə olduğu sevgilisinin evlilik təklifini qəbul etmişdi və hər kəs onların toy xəbərini gözləyirdi. Cütlüyün ayrılmasına səbəb onların 3 fərqli ölkədə yaşaması olub.
Türkiyədə yaşayan Meryem tez-tez Almaniyaya ailəsinin yanına gedir. Sevgilisinin şirkətinin ofisi isə Fransada yerləşir. Bu da cütlüyün eşqinə mane olub. Aralarındakı uzaq məsafələrin üstünə bir də Alp Özcanın qısqanclığı gəlib. Bunlara dözə bilməyən Meryem münasibətə son qoyub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.