Erməni əsilli şou-biznes ulduzu Kim Kardaşyan Parisdə silahlı hücumla üzləşib.
Oktyabrın 3-nə keçən gecə saat 3-4 radələrində polis geyimində olan 5 naməlum şəxs Kardaşyanın oteldəki otağına soxulub və onu bir neçə saat girov kimi silah altında saxlayıblar.
Kardaşyanın təmsilçisi İna Tresokiasın bildirdiyinə görə, məşhur model zərər çəkməsədə, hadisədən çox qorxub. Porno ulduzun tanınmış repçi olan əri Kayn Vest həmin vaxt Nyu-Yorkda konsertdə olub. Kardaşyan isə Parisə moda həftəsində iştirak etmək üçün anası və bacısı ilə birgə gəlib.
Məlumata görə şou-biznes ulduzunun bir neçə milyon dollarlıq zinət əşyaları maskalılar tərəfindən oğurlanıb
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.