banner
banner

Sosİal

Bu avtomobillər 15 ildir cərimə meydançasındadır - VİDEO

Bu avtomobillər 15 ildir cərimə meydançasındadır - VİDEO
Cərimə meydançalarında elə avtomobillər var ki, neçə illərdir yağışın, qarın, günəşin altında qalaraq, tamamilə yararsız vəziyyətə düşüb. Avtomobil sahiblərinə, dünyasını dəyişmiş şəxslərin ailə üzvlərinə dəfələrlə məlumat verilsə də, nəqliyyat vasitələrinə yiyə çıxan tapılmır.
 
Burada xarici ölkələrin dövlət qeydiyyat nişanları ilə, əzilmiş və ya salamat, hətta motosikllər də var. Duracaqda dayanmaq ödənişlidir. Avtomobil sahiblərindən illərlə yığılan borc tələb olunmur, bununla belə nəqliyyat vasitələrinə heç kim yiyə çıxmaq istəmir.
 
Sahibləri razılıq vermədiyindən bu avtomobilləri nə çıxdaş etmək, nə də yararlı hissələrini satışa çıxarmaq mümkün deyil.
 
Dövlət Yol Polisi belə avtomobillərin sahiblərinə müraciət edərək bildirir ki, cərimə meydançalarını zəbt edən nəqliyyat vasitələrinin çıxdaş edilməsi üçün müraciət etsinlər.
 
Musavat.com “Xəzər xəbər”ə istinadən mövzu ilə bağlı ətraflı videomaterialını təqdim edir:
 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.