Ebru Gündeş Rzanın 150 min dollarlıq hədiyyəsindən imtina etdi
İş adamı Rza Zərrabla boşanma ərəfəsində olan müğənni Ebru Gündeş dünən məkanlardan birində verdiyi konsertində barmağında üzüyün olmaması ilə diqqət çəkib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, Rza həbs olunandan bəri verdiyi konsertlərin heç birində onun doğum günü hədiyyəsi olan 150 min dollarlıq brilyant üzüyü barmağından çıxarmamışdı. O, dünən ilk dəfə bu üzüyü taxmayıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.