banner
banner

Sosİal

Kəndin giriş-çıxışı bağlandı - Sakinlər təhlükə ilə üz-üzə qaldı - VİDEO

Kəndin giriş-çıxışı bağlandı -
Qobustanda sürüşmə aktivləşib.
 
İki gün öncə kəndlilərin anbaan izlədikləri torpaq sürüşməsi bir saat davam edib.
 
ARB Şəki xəbər verir ki, nəticədə uzunluğu 100 metrdən artıq sürüşmə zolağı yolun uçmasına səbəb olub. Yolun bir hissəsi kəndin Şamaxı və Qobustan,  digər hissəsi ilə isə Hacıqabul rayonlarına çıxır. Sözügedən yolun hər iki çıxışında baş verən sürüşmə nəticəsində kəndilərin Şamaxı-Bakı yoluna çıxan və əks tərəfə Hacıqabul – Kürdəmir rayonlarına getmək üçün yol artıq hər iki tərəfdən bağlanıb. Sürüşmə zolağı hər gün genişlənir.
 
Torpaq uçqununun baş verdiyi nöqtədə 3 yaşayış evi yerləşir. Elə sözü gedən ev sahibi də artıq öz evində gecəliyə bilmir. Uçqunlar nəticəsində 130 metr torpaq qatı sürüşərək ərazidə hərəkəti tamamilə bağlayıb. İri texnikalar belə, bu yolda istifadə edə bilmirlər.
 
Kənd sakinləri lazımı qurumlara xəbər versə də hələlik yolda hər hansı bir iş görülməyib.
 
 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.