“Bizi ədəbsizlər deyil, ədəbimiz susdurar” - Hadise
Xəbər verdiyimiz kimi, türk müğənni Hadise “Trendyol” markası ilə 4 il əvvəl imzaladığı 500 min avroluq müqaviləyə əməl etmədiyi üçün məhkəməlik olmuş və icra məmurları onun qızıllarını əlindən almışdı.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaxınları Hadisenin bir neçə gündür evinə qapandığını və heç kimlə danışmadığını bildirmişdi.
Hadise sosial mediada Hz. Mövlanədən bir sitatı paylaşaraq, məsələ ilə bağlı niyə səssiz qaldığını açıqlayıb:
“Bizi ədəbsizlər deyil, ədəbimiz susdurar - Hz. Mövlanə".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.