Serenay milli komandada - professional idmançı olacaq
Türk aktrisa Serenay Sarıkaya bu gün “TV 8” kanalında yeni mövsümə başlayan “3 adam” verilişində maraqlı açıqlamalar verib.
Axşam.az xəbər verir ki, gənc aktrisa verilişdə oxatma bacarıqlarını nümayiş etdirib və bu sahədə professional idmançı olaraq davam edəcəyini bildirib:
“Oxatma idmanına həvəsim var idi. Təlimlərə başladım və qısa zamanda yaxşı nəticələr göstərdim. Məşqçilər oxatma bacarığımı yüksək qiymətləndirdi və məni oxatma üzrə Türkiyə millisinə dəvət etdilər. Mən də təklifi qəbul etdim”.
Serenay deyib ki, məşqləri davam etdirmək və milli komandada çıxış etmək istəyir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.