"Space" kanalında yayımlanan, “SOY” prodakşna məxsus "Şou +" verilişinin yeni mövsümdə yayıma davam etməməsinin səbəbi məlum olub.
Axşam.az-ın məlumatına görə, qalmaqallı süjetləri ilə yadda qalan proqramın aparıcısı Tural Ozan məsələ ilə bağlı bunları deyib: “Verilişimiz qısa müddətdə məşhurluq qazandı. Amma buna baxmayaraq, müəyyən problemlər də var idi. Proqram yaradıcı heyəti istirahətə çıxmamışdan bir ay öncə efirdə mənsiz, yəni aparıcısız yayımlandı. Rəhbərliklə danışıb qərara aldıq ki, veriliş bağlansın. Bunu özüm də istəyirdim. Hər kəs “Tural Ozanın qalmaqallı verilişi” deyə danışırdı. Mənim şəxsi reytinqim “Sou+”dan 2-3 dəfə çox idi. Düşündüm ki, daha böyük layihələr edim. Dünya səviyyəsində böyük layihələr hazırlayacam. Hansı kanalda olacağı isə hələ ki, sirr qalsın”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.