banner
banner

Sosİal

Azərbaycanda 9 aya 543 km yol tikilib - Hesabat

Azərbaycanda 9 aya 543 km yol tikilib - Hesabat
“Azəravtoyol” ASC tərəfindən 2016-cı ilin 9 ayı ərzində uzunluğu 542,7 km olan ümumi istifadədə olan avtomobil yolları, Bakı şəhəri və onun qəsəbələrinin avtomobil yolları, prospekt və küçələri tikilib, yenidən qurulub və təmir olunub.
 
Trend-in məlumatına görə, bu barədə qurumun 9 ayın yekunlarına dair hesabatında deyilir.
 
Qeyd olunur ki, tikilən və yenidən qurulan avtomobil yollarının 299,0 km-i respublika əhəmiyyətli, 180,5 km-i yerli əhəmiyyətli, 63,2 km i isə Bakı şəhəri üzrə olan yollardır.
 
9 ay ərzində Muğanlı-Yevlax - 115 km, Qaraməryəm-İsmayıllı - 29 km, Qobustan rayonunda Təklə-Sündü-Xilmilli - 17 km, Yardımlı rayonunda Yardımlı-Deman-Arvana - 46 km, Qəbələ rayonunda Nohurqışlaq-Tüntül-Yengicə - 12,2 km, Biləsuvar rayonunda Əsgərabad-Muğan-Çaylı - 6 km, Qusar rayonunda Qusar-İmamqulukənd-Quxuroba - 24,7 km, Xaçmaz rayonunda Xudat-Yalama-Zuxuloba - 24,8 km, Qazax rayonunun Qazax-Kosalar - 8 km, Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun 23,4 km hissəsi, Salyanın Babazanan yaşayış massivini şəhər mərkəzi ilə birləşdirən Kür çayı üzərində uzunluğu 201 metr, eni 14,5 metr olan yeni körpü, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Kürdəmir-Ucar-Yevlax hissəsi - 87,8 km, Bakı şəhərində Maştağa-Bilgəh - 9,0 km, Nardaran qəsəbəsi daxilində Abşeron və Nəsrulla Əsgərov küçələri - 3,4 km, Nizami rayonunda Mikayıl Əliyev küçəsi - 2,8 km və Qara Qarayev prospekti - 4,0 km tikilib və yenidən qurulub.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.