“Recep İvedik” obrazı ilə məşhurluq qazanan Şahan Gökbakar öz rəqibi Cem Yılmazı geridə qoyub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, fərqli reklam filmlərində çəkilərək aralarındakı rəqabəti daha da gücləndirən aktyorların hər ikisi tamaşaçıları güldürməyi bacarır.
Daim rəqabətdə olan tərəflərdən bu dəfə qazananı Gökbakar olub. O, İnstaqram səhifəsində paylaşdığı reytinq cədvəli ilə bunu bir daha sübut edib. Fotoşəkildə Şahanın çəkildiyi reklama görə Cemdən öndə olduğu açıq-aşkar nümayiş etdirilib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.