Aktyor Kıvanç Tatlıtuğun stilist xanımı Başak Dizer və modelyer Dəniz Marşan İstanbulda mağaza açıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, açılışda məşhurlar iştirak edib. Kıvanç gecəyə rejissor Ali Bilginlə qatılıb. Həyat yoldaşına dəstək olan aktyor jurnalistlərlə söhbət də edib.
O, evlilik ildönümündə Parisdən ev alacağı barədə xəbərlərə münasibət bildirib:
"Evliliyimiz olduqda təvazökar yaşamağa çalışırıq. Xəbərləri təkzib etməkdən bezdim".
Tatlıtuğ Tuba Büyüküstünlə çəkildiyi "Cəsur və gözəl" serialı haqda da danışıb:
"Biz bir uşaq böyüdürük. ortada da bir reytinq tortu var və hər kəs bu tortu yemək istəyəcək. Ümid edirəm hər kəs bəyənər".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.