Aktrisa Demet Özdemir və həmkarı Yusif Çimin evlənəcəyi ilə bağlı xəbərlər yayılmışdı.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Çilek kokusu" serialında tərəf müqabili olduqdan sonra sevgi münasibətinə başlayan və tez-tez ayrılıq xəbərləri ilə gündəmə gələn cütlük məsələyə aydınlıq gətirib.
Demet Özdemir bu xəbərin tamamilə yalan olduğunu və həqiqəti əks etdirmədiyini söyləyib. O, bildirib ki, hazırda evlilik haqqında ümumiyyətlə düşünmürlər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.