banner
banner

Sosİal

"Daşları qırağa atırıq ki, sürücülər narahat olmasın"

"Daşları qırağa atırıq ki, sürücülər narahat olmasın"
Yağış Tovuzda dağ uçqununa səbəb oldu.
 
ARB TV xəbər verir ki, aramsız yağan yağışlar Tovuzda dağ uçqununa səbəb olub.
 
Rayonun Qoşa kəndi ərazisində iri qaya parçaları yola tökülüb. Baş verən hadisə zamanı Tovuzdan  Böyük Qışlaq və Qoşa kəndlərinə gedən avtomobillərin hərəkətində müəyyən ləngimələr yaranıb. Dərhal aidiyyatı qurumlar məlumatlandırılıb. İri daşlar yoldan təmizlənib.
 
Kazım Kazımov - Sürücü: "Daşları götürüb qırağa atırıq ki, bizdən sonra gələn sürücülər narahat olmasın. Böyük daşları da buldozerlər təmizləyir".
 
Hadisə baş verdikdən bir neçə saat sonra Tovuz-Böyük Qışlaq avtomobil yolunda hərəkət tam bərpa edilib.
 
 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.