banner
banner

Şou

Bred Pitt və Ancelina Coli qırmızı xalçada - FOTOLAR

Bred Pitt və Ancelina Coli qırmızı xalçada

İlin əvvəlində həmişə olduğu kimi, müxtəlif kino mükafatları tədbirləri davam edir.

Axşam.az-ın xarici mediaya istinadən xəbərinə görə, dünən Beverli-Hillsdə Amerika Kinoincəsənət İnstitutunun (AFİ) tədbiri baş tutub.

Gecə boyu bu ilin əsas filmlərinin ulduzları qırmızı xalçada görünüblər. Ancelina Coli və Bred Pitt də qonaqlar arasında olub. Aktrisanın "Unbroken" filmi bu il tənqidçilər tərəfindən yüksək qiymətləndirilərək əsas siyahılarda yer alıb. 

Kokteyl gecəsində Cessika Cesteyn, Metyu Mak Konahi və Enn Heteuey də "İnterstellar" filminin təmsil edilməsi üçün iştirak ediblər. 

Tədbirdə Edvard Norton, Meril Strip, Kira Naytli və əfsanəvi Klint İstvud da iştirak edib.

 
 


 

 

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.