Yaşı 65-i keçənlər avtobus sürə bilməyəcək - QANUN QÜVVƏYƏ MİNDİ
"Yol hərəkəti haqqında" qanuna avtobus sürücülərinin yuxarı yaş məhdudiyyəti ilə bağlı edilmiş dəyişiklik bu gündən qüvvəyə minir.
Cia.az xəbər verir ki, dəyişikliyə əsasən, bu gündən etibarən 65 yaşı tamam olan şəxslər Azərbaycanda "D" və "DE" kateqoriyalı sürücülük vəsiqəsi ala bilməzlər. İndiyədək bu kateqoriyalar üzrə sürücülük vəsiqəsi olanlar isə 65 yaşa çatdıqdan sonra öz vəsiqələrinin qüvvədə olma müddətini uzada bilməzlər.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, hazırda "D" və ya "DE" kateqoriyaları üzrə sürücülük vəsiqəsi olan şəxslər malik olduqları vəsiqənin etibarlılıq müddəti bitənədək ondan istifadə edə bilərlər. Çünki qüvvəyə minən dəyişiklikdə onun geriyə qüvvəsi, yaxud hazırda istifadədə olan vəsiqələr barədə heç nə deyilmir.
Bununla belə, həmin şəxslər öz vəsiqələrini uzağı etibarlılıq müddəti bitənədək istifadə edə biləcəklər. Növbəti dəfə vəsiqə dəyişdirilərkən onlara "D" və "DE" kateqoriyaları verilməyəcək.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.