banner
banner

Şou

Sərdar Ortacın arvadı Türkiyədən qaçdı

Sərdar Ortacın arvadı Türkiyədən qaçdı
Sərdar Ortacın irlandiyalı model həyat yoldaşı Hloey Lounanla olan evliliyi sona çata bilər.
 
Axar.az xəbər verir ki, 46 yaşlı məşhur müğənni Sərdar Ortacın uşaq istəyinə həyat yoldaşı sərt reaksiya verib. O, karyerasını əsas gətirərək müğənninin övlad istəyinə qarşı çıxıb. Hloey Ortaca Türkiyədəki evi sataraq Amerikaya köçməyi təklif edib:
 
“Mənim burada gələcəyim yoxdur. Buradakı evi satıb Amerikaya köçək. Ya mənimlə gedək, ya da ayrılırıq”. Bundan sonra Amerikaya gedən 24 yaşlı model orada agentliklə müqavilə imzalayıb.
 
Kiprdəki konserti bitdikdən sonra Amerikaya gedən Ortac dəli olmaq üzrə olduğunu dilə gətirib:
 
“Evlilikdə yol ayrıcında qalmışıq. Arvadım Mayamidən 400 min dollara villa tapıb. İstinyədəki evimizi satıb oradan ev almağımızı, Amerikaya köçməyimizi istəyir. Gedib neynəyəcəyəm, küçədə gitara çalacağam? Sərdar Ortacı orada sayan kimdi? İşim, karyeram nə olacaq? Arvadımı da itirmək istəmirəm. Önümüzdəki bir həftə ərzində qərar qəbul edəcəyik. Ya oraya daşınacağıq, ya da mən təkcə geri qayıdacağam. Arvadı tərəfindən tərk edilən bir kişi olaraq burada qalacağam. Dəli olmaq üzrəyəm”.
 
Qeyd edək ki, Sərdar Ortac irlandiyalı model Hloey Lounanla 2014-cü ildə ailə həyatı qurub.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.