banner
banner

Sosİal

İki yerüstü piyada keçidi istifadəyə veriləcək

İki yerüstü piyada keçidi istifadəyə veriləcək

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti yaxın vaxtlarda inşa etdiyi iki yerüstü piyada keçidini sakinlərin istifadəsinə verəcək. Bu barədə “Trend”ə qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Qurum sözçüsü bildirib ki, həmin yerüstü keçidlər Bakı-Quba-Rusiya dövlət sərhədi yolunun 4-cü kilometrliyində, digəri isə Bakı-Zabrat yolunda inşa edilir. Hazırda hər iki yerüstü piyada keçidində tamamlama işləri həyata keçirilir. Keçidlər gələn ay sakinlərin istifadəsinə veriləcək.

A.Nəcəfli deyib ki, Bakı-Quba-Rusiya dövlət sərhədi yolunun 4-cü kilometrliyində inşa edilmiş keçid tam hazır olmasa da, artıq piyadalar həmin keçiddən istifadə edə bilərlər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.