banner
banner

Sosİal

Dəmir yolunda işıqlar kəsildi, qatarlar yolda qaldı

Dəmir yolunda işıqlar kəsildi, qatarlar yolda qaldı
“Azərbaycan Dəmir Yolları”nda problem yaranıb. Səhər saat 7 radələrində dəmir yolu xəttində elektrik enerjisi kəsilib, bir neçə qatar yolda qalıb. 
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Musavat.com-a faktı təsdiqləyib. Onun sözlərinə görə, saat 7.10-da elektrik enerjisinin verilməsində fasilə yaranıb. Nəticədə Balakən-Bakı, Tiflis-Bakı sərnişin qatarları, eləcə də, Bakı-Sumqayıt-Bakı elektrik qatarı yolda qalıb. Fasilə yarım saat davam edib. Nadir Əzməmmədov əlavə edib ki, artıq problem aradan qaldırılıb, qatarlar ləngimə ilə olsa da, hərəkətini davam etdirib. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.