Müğənni Gökhan Özen və 6 illik həyat yoldaşı Selen Sevigenin boşanma səbəbi məlum olub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, cütlüyün ayrılmasına səbəb qısqanclıq olub.
Belə ki, yeni albom çıxartmaq və tək qalmaq adı ilə 2 il 5 ay Amerikada tək qalan Gökhanın bu hərəkəti Selenin xoşuna gəlməyib. Aralarında soyuqluq yaranan Özen və Sevigen sonda boşanmaq qərarı veriblər.
Qeyd edək ki, cütlüyün iki övladı var. Gökhan evini ailəsinə verib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.