banner
banner

Sosİal

ASC ilə Əmlak Komitəsi arasında qalmaqal - Şikayət

ASC ilə Əmlak Komitəsi arasında qalmaqal

""Bakı Tikinti Sənaye Dəstləşdirmə” Açıq Səhmdar Cəmiyyəti Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin bir idarəsini özəlləşdirib. Bundan sonra komitədə idarənin ləğv olunmasına dair qərar qəbul edilib. Qərara əsasən, iki aylıq kompensasiya ödənilməklə işçilərin işdən azad edilməsinə dair göstəriş verilib. Səbəb nə olduğu isə bilinmir”.

Baş verənləri Modern.az-a sözügedən cəmiyyətdə hüquq məsləhətçisi kimi çalışan Məmməd Eynalov bildirib.

Onun sözlərinə görə cəmiyyət 2014-cü il noyabr ayının 3-dən etibarən fəaliyyətini dayandırıb:

"Dəfələrlə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə müraciət etsək də, müraciətlərimiz cavabsız qalıb. Bildiriblər ki, "bizlik deyil, gedin hara istəyirsiz şikayət edin”. Oktyabr, noyabr aylarının maaşı, eləcə də müəyyən olunan 2 aylıq kompensasiyanı ala bilməmişik. 3-4 aydır yalandan gedib-gəlirik. Cəmi 10 işçiyik və hamımıza ümumilikdə 14 min manat pul ödənilməlidir. Orda olan avadanlıqların hamısını satıb talayıblar, hətta transfarmatora qədər satıblar”.

Məsələyə ikinci tərəfin də münasibətini öyrənmək üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qulu Xəlilovla əlaqə saxladıq. Komitə rəsmisi Modern.az-a açıqlamasında ləğv olunan qurumun onlarla hər hansı bir əlaqəsi olmadığını bildirdi:

"Həmin idarə səhmdar cəmiyyətdir, özəlləşdirildib. Özəlləşdirilmiş bir qurumun isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsilə heç bir bağlılığı yoxdur”.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.