Aktrisa Nikol Kidman yeni çəkilmiş "Lion" (Şir) filmi ilə əlaqədar jurnalistlərlə görüşüb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, filmin sujet xəttindən və oynadığı obrazdan danışan Nikol məmnunluğunu bildirib.
"Kino bir Syu adlı hindli oğlan haqqındadır. O, səhvən bir qatara minir və min kilometr evindən aralı düşür. Onu 25 il avstraliyalı bir ailə saxlayır. Lakin böyüdükdən sonra Syu doğma valideynlərinin axtarışına çıxır", - deyə aktrisa danışıb.
Kidman filmdə Syunu böyüdən ana obrazındadır. O, analıq hissiyyatı haqqında bunları deyib:
"Mənə hər cür ana olmaq qismət olub. Həm doğma övladlarım olub, həm himayə etdiklərim. Analıq hissi məndə sanki uşaqlıqdan var".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.