Dopinq hesab olunmayan dərmanlar qanunla tənzimlənəcək
Azərbaycanda dopinq vasitələri hesab olunmayan terapevtik dərman növlərinin və idman qidalarının istifadəsi də qanunla tənzimlənəcək.
Bu öz əksini “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsində tapıb. Azərbaycanda ilk dəfə hazırlanan bu qanun layihəsinin 3-cü fəslinin 11-ci maddəsində idmanda ilk dəfə olaraq müstəqil komitə olan Terapevtik İstifadəyə İcazə Komitəsinin yaradılması təklif edilir.
Qanun layihəsinin 11-ci maddəsində göstərilir:
11.3. Terapevtik İstifadəyə İcazə Komitəsi bu sahədə nəzərdə tutulmuş beynəlxalq standartlara uyğun olaraq terapevtik istifadə üçün müraciəti qiymətləndirir və yekun qərar qəbul edir. Bu qərar MADA-nın (Milli Anti Dopinq Agentliyi) yekun qərarı hesab olunur.
11.4. Terapevtik İstifadəyə İcazə Komitəsi terapevtik istifadə üçün edilən müraciətlərin qiymətləndirilməsi zamanı məqsədəuyğun hesab etdiyi tibbi və ya elmi ekspertizanın keçirilməsi üçün müraciət etmək hüququna malikdir.
Xatırladaq ki, qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.