banner
banner

Sosİal

Sosial evlərin sayı artırılacaq

Sosial evlərin sayı artırılacaq

Azərbaycanda sosial təyinatlı mənzillərin (evlərin) sayı artırılacaq.Bu barədə Milli Məclisə təqdim olunmuş “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası” layihəsində əks olunub.

Layihədə qeyd olunur ki, əhalinin, o cümlədən məcburi köçkünlərin sosial təminat sistemi daha da təkmilləşdiriləcək, sosial xidmət göstərən dövlət müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, sosial xidmətlərin növləri və şəbəkəsinin genişləndirilməsi ilə yanaşı, bu sahədə fəaliyyət göstərən qeyri-dövlət və qeyri-kommersiya təşkilatları inkişaf etdiriləcək.

Sosial təyinatlı mənzillərin (evlərin) sayı artırılacaq, yaşayış üçün təhlükəli obyektlərdə məskunlaşmış məcburi köçkünlərin köçürülməsi davam etdiriləcək və əhalinin həssas qruplarının bu mənzillərdə yaşaması üçün hüquqi zəmin yaradılacaq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.