Ötən gün müğənni Natavan Həbibinin xalq artisti Aygün Kazımovaya qarşı “Şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsinə dair” iddia tələbi üzrə Bakı Apellyasiya Məhkəməsində mülki işə baxılıb.
“Qafqazinfo” xəbər verir ki, məhkəmə kollegiyasının yekun qərarı ilə Nəsimi Rayon Məhkəməsinin Natavan Həbibinin xeyrinə çıxardığı qətnamə dəyişdirilmədən qüvvədə saxlanılıb, xalq artistinin iddiası qəbul edilməyib.
Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsinin qətnaməsinə əsasən Aygün Kazımova Natavan Həbibinin ünvanına işlətdiyi yalan məlumata görə, təkzib verməli və təhqiramiz ifadələrə görə üzr istəməlidir. Qətnamədən narazı qalan xalq artisti apellyasiyaya şikayət vermişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.