banner
banner

Sosİal

Ödənişi bitsə də qızıllarını ala bilmir - Lombarda qızıl qoyanda diqqətli olun

Ödənişi bitsə də qızıllarını ala bilmir -
Müştəri qızılı lombarda, lombard da banka verdi. Bank da bağlandığından ödənişi bitsə də qızıllarını ala bilmir. 
 
Lombard ilə bank arasında məhkəmə çəkişməsinin əziyyətini isə müştəri çəkir. Ancaq cəmi 900 manat borc üçün 1 boyunbağı, 1 ədəd qolbaq və 1 cüt sırqasını lombarda qoyan şəxs nəticədən borcunu bitirəndəndən sonra xəbər tutub.
 
900 manat pul götürmək üçün 1 boyunbağı, 1 ədəd qolbaq və 1 cüt sırqasını lombarda qoyan şəxs, ödənişini bitirsə də qızıllarını ala bilmir.
 
Lombardla pul verən Xəyal Abdullayev isə borcun tam ödənildiyini, amma müştərinin razılığı ilə əmlakının banka girov qoyulduğunu deyir. Həmin bank da bağlandığından ortaya belə problemlər çıxıb.
 
Məsələ ilə bağlı Əmanətlərin sığortalanması fondunun icraçı direktoru Azad Cavadov Xəzər Xəbərə bildirdi ki, dəqiq araşdırmanın aparılması üçün şikayətçi tərəf fonda ərazi ilə müraciət etməlidir. Bundan sonra problemin əsas səbəbi araşdırılaraq rəsmi məlumat veriləcək.  

Musavat.com Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 
 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.