banner
banner

Sosİal

Ödəniş etməyən sürücülər 20 manat cərimə olunacaq - VİDEO

Ödəniş etməyən sürücülər 20 manat cərimə olunacaq -

Parkomat olan ərazilərin çoxunda ən çox rast gəlinən problem ya avtomobili qoyub düzgün ödəniş etməmək, ya da ümumiyyətlə, ödəniş etmədən sutkalarla maşını orda saxlayıb getməklə bağlı olur. Artıq bu kimi halların yaranmasına zəmin yaradanlar cəzalandırılacaqlar. Bununla bağlı millət vəkilləri yeni layihə hazırlayıblar. Belə problemlərin qarşısını almaq üçün yeni bir mexanizim hazırlanır. Bu məqsədlə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ediləcək.

Cia.az saytı xəbər verir ki, “Xəzər Xəbər”in məlumatına görə, belə halların baş verməsində iştirak edən hər kəs cəzalandırılacaq. Bunun üçün cərimə məbləğləri də müəyyən edilib. Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanmasına görə 20 manat məbləğində cərimə tətbiq ediləcək.

 

Bundan başqa, müəyyən edilmiş ödəniş aparılmadan və ya ödəniş aparılmış müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə, eyni zamanda nəqliyyat vasitəsinin parklanma üsulunu pozana 10 manat cərimə tətbiq olunacaq.

 

Amma 24 saat ərzində park edilən ərazilər siyahısında bəzi istisnalar var.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

 

 
VIDEO


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.