Havanın kəskin pisləşməsi və qarın yağması Quba-Xaçmaz yolunda 10-dan çox avtomobil qəzasına səbəb olub. Cia.az saytı xəbər verir ki, “Report”un məlumatına görə, qəzalar günün ikinci yarısından sonra, yolun buz bağlaması nəticəsində qeydə alınıb.
Qəza zamanı ciddi xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib. Qəzaların əksəriyyəti zəncirvari olub. Ən çox qəza Quba-Xaçmaz yolunun Zərdabi və Alekseyevka ərazilərindən keçən hissəsində qeydə alınıb. Burada çinar ağacları yola yaxın olduğundan, yoldan çıxan maşınlar ağaclara dəyərək qəza törədiblər.
Quba rayon Polis şöbəsindən sürücülərə bununla bağlı xəbərdarlıq edildiyi bildirilib:
“Sürücülərə diqqətli olmaları, mümkün qədər əyləc sistemindən az istifadə etmələri və nasaz avtomobil ilə yola çıxmamaları tövsiyə olunur”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.