Türkiyənin "D" kanalında yayımlanan "Rəngli səhifələr" proqramına qatılan aktrisa və model Esra Sönmezer şəxsi həyatı ilə bağlı şok açıqlamalar edib.
Esra sevgilisinin onu 7 qadınla birdən aldatdığını bildirib: “Tez-tez telefonda danışırdıq. Bir gün telefonunu götürdüm 2 saat tualetdə kilitləndim. Onun telefonunun parolunu aça bildim və gördüm ki, mənə 7 qadınla birdən xəyanət edir. Həmin mesajları şəklini çəkdim. Daha sonra sevgilimə göndərib: "Hər şey bitti" dedim” . Aktrisanın sözlərinə görə, o, 1-2 ay öncə aldadıldığı sevgilisi ilə üz-üzə gəlib. Amma onunla düşməncəsinə rəftar etməyib.
"Mən ona nifrət etmirəm. Ümumiyyətlə heç kimə nifrət edə bilmirəm. Amma artıq sevə bilmirəm. Sanki hər kəsə inamım itib", - deyə Sönmezer vurğulayıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.