banner
banner

Sosİal

Qar paytaxt yollarında tıxaclar yaratdı

Qar paytaxt yollarında tıxaclar yaratdı

Bakıda qarlı hava yenə də özü ilə problemlər gətirdi. Cia.az saytı xəbər verir ki, axşam saatlarında paytaxtın əksər küçələrində tıxaclar yaranıb. Belə ki, metronun “Neftçilər” və “Xalqlar Dostluğu” stansiyası ərazisindəki yollarda, Bayıl istiqamətində, Bayraq meydanından paytaxtın mərkəzinə doğru gələn hissədə, Balaxanı yolu və Zığ yolunda nəqliyyatın hərəkəti çətinləşib. Həmçinin, “20 Yanvar” metrosu ətrafı, Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb. Həmin yollarda olan vətəndaşların sosial şəbəkələrdə yaydıqları məlumata görə, yollar buz bağladığından avtomobillərin hərəkət sürəti 10 kilometr saatdan da aşağıdır.

Qeyd edək ki, yol polisi havaların kəskin dəyişməsi ilə əlaqədar, yolların buz bağlayacağını nəzərə alaraq sürücülərə müraciət edib. Məlumatda qarlı və şaxtalı havada sürücülərdən son dərəcə diqqətli olmaları tövsiyə olunub. Yol polisi sürücülərə xüsusi qış təkərlərindən istifadə etməyi, nəqliyyat vasitələrini texniki baxışdan keçirməyi, qış üçün təkər və işıq faralarını uyğun hala gətirməyi, avtomobillərində zəncir, dartı kəndiri və s. lazımi avadanlıqların olmasını təmin etməyi, təqib məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməməyi, dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmağı məsləhət görüb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.