banner
banner

Sosİal

Xalq artistinin qızı: “Bizə kömək lazımdır”

Xalq artistinin qızı: “Bizə kömək lazımdır”
Xalq artisti Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalova böyrək üçün təcili donor lazımdır.
Bu barədə onun bacısı  Gülbəniz Zeynalova “Yeni Müsavat”a açıqlamasında bildirib.  Onun sözlərinə görə, donor tapılmazsa, qardaşının aqibəti faciə ilə bitə bilər: “Artıq bir müddətdir ki, xəstəxanadan evə buraxılıb. Şükür ki, axsayaraq da olsa yeriyə bilir. 
 
İnsult olan tərəfində də irəliləyiş var. Lakin təzyiqi hələ də yüksəkdir və böyrəyi üçün böyük təhlükədir. Həkimlər bildirir ki, təcili əməliyyat olunmazsa, proses dializə çevrilə bilər. Hələ ki, donor tapılmayıb. Səhiyyə Nazirliyinə də bu barədə məktub göndərmişik. Lakin oradan da bir xəbər yoxdur. Mətbuat vasitəsilə müraciət edirəm ki, bizə köməklik edilsin. Qardaşım əməliyyat olunmazsa, aqibəti faciəli ola bilər”.
 
Xatırladaq ki, xalq artisti Eldəniz Zeynalovun 38 yaşlı aktyor oğlu Məmməd Zeynalov bir müddət bundan əvvəl yolda gedərkən qəfildən insult keçirib. Təcili 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən aktyorun beyninə qan sızdığı məlum olub. İnsult keçirən aktyora hazırda təcili böyrək üçün donor lazımdır.  
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.