banner
banner

Şou

Selin Dion əri haqda: "O, dünyasını dəyişsə də..."

Selin Dion əri haqda: "O, dünyasını dəyişsə də..."
Müğənni Selin Dion qatıldığı verilişlərdən birində ərinin yoxluğundan danışıb.
Müğənninin həyat yoldaşı Rene Andjelil bu ilin yanvarında uzun illər mübarizə apardığı xərçəng xəstəliyindən dünyasını dəyişib. Üstündən təxminən bir il keçməsinə baxmayaraq, Selin onun yoxluğuna inanmadığını bildirib:
“Mən həyat yoldaşımı, uşaqlarımın atasını itirdim. Düzdür, bu mənim üçün ağırdır. Amma mən güclü olmalıyam. Çünki, bu, mənim həyat prinsipimdir: güclü, pozitiv olmaq, bu günki gün ilə yaşamaq, hər şeyə hazır olmaq və bilmək ki, həmişə hər arzu reallaşmır”.

Dion onu da əlavə edib ki, həyat yoldaşı dünyasını dəyişsə də, amma müğənni bəzən onun varlığını hiss edir:

“Mənə bəzən elə gəlir ki, o, yanımdadır. Keçən dəfə xizəkdə sürüşürdüm, elə bilirdim Rene də mənimlə bərabər sürüşür”.

Xatırladaq ki, cütlük 1980-ci ildə tanış olub. O zaman S.Dionun 12, R.Andjelilin 38 yaşı olub. Onlar 1991-ci ildə nişanlanıb, 1994-cü ildə ailə həyatı qurublar. Müğənninin bu nikahından 3 övladı var.

 

cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.