Hollivud aktrisası Kemeron Diaz həyat yoldaşı Bendji Meddenə görə çox narahatdır.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, həmişə bədən quruluşuna fikir verən Diaz bir müddət əvvəl kökəlsə də, sonradan pəhrizlə özünü formaya sala bilib. Lakin ərinin Şükran bayramından sonra kökəldiyini görən və qarşıdan gələn Milad, Yeni İl bayramlarını nəzərə alan aktrisa Brendjini də arıqlatmağa çalışır.
Ərini çox sevən Kameron onun sağlamlığı üçün çox qorxduğunu bildirib.
“Meddenin kökəlməyindən ona görə narahat deyiləm ki, sevgim azalar. Mən bu köklüyün onun sağlamlığına ziyan ola biləcəyindən ehtiyat edirəm”, - deyə Diaz vurğulayıb.
Cütlük 2014-cü ildən bir yerdədir. Onlar ötən ilin yazında rəsmi nikaha giriblər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.