banner
banner

Sosİal

Paytaxtdakı tunellərdən keçəndə diqqətli olun – Xəbərdarlıq, VİDEO

Paytaxtdakı tunellərdən keçəndə diqqətli olun –

Paytaxtdakı tuneldə saatda 70 kilometrdən yuxarı sürətlə hərəkət edən avtomobillər radara düşür. Cia.az saytı xəbər verir ki, “Xəzər xəbər”in məlumatına görə, son günlər sosial şəbəkələrdə yayılan bu xəbərdarlıqlara hətta həmin radara düşən avtomobillərin şəkili də əlavə olunub. 

Məlumat sosial şəbəkədə o qədər sürətlə yayılıb ki, tanınmış şəxslər də xəbər paylaşaraq sürücüləri diqqətli olmağa çağırıb. Məlumatda bildirilir ki, guya Ziya Bünyadov prospektindəki tuneldə sürət həddini bildirən yol nişanı olmadığı üçün sürücülər burada 70-80 km/saat sürətlə hərəkət edib.

Dövlət Yol Polisi də bunun qarşısını almaq üçün tunelə radar quraşdırıb və artıq bu gündən etibarən radarlar yolun hər iki hərəkət hissəsində işlək vəziyyətdədir. Məlumata görə, artıq burada saatda 70-dən yuxarı hərəkət edən avtomobillər radara düşür.

Məsələyə Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov münasibət bildirdi.

Sözügedən prospektdə maksimum sürət həddi saatda 90 km-dir. Yol boyu olan tunellərdə isə sürət 60-a enir və bunu göstərən bir neçə nişan da var.

Bölmə rəisi sürücülərə tövsiyyə etdi ki, belə yanlış məlumatlar yaymaqdansa yollardakı sürət həddinə əməl etsinlər. Ən azından təhlükəsizlik baxımından.

 

 

VIDEO
 
 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.