Bakının Xətai rayonunun bir hissəsində elektrik enerjisi təchizatında problem yaranıb.
"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, gecə saatlarında “Azərenerji” ASC-yə məxsus 110/35/10 kV-luq “Əhmədli” yarımstansiyasında baş vermiş qısaqapanma nəticəsində avadanlıqlarda bir sıra fəsadlar yaranıb. Nəticədə rayonun S.Mehmandarov küçəsi, Məhəmməd Hadi, Gəncə prospekti və digər yaşayış massivlərində elektrik enerjisi təchizatında qısamüddətli fasilələr yaranıb.
Bildirilib ki, “Azərenerji” ASC və “Azərişıq” ASC əməkdaşlarının birgə operativ səyləri nəticəsində yaxın bir saat ərzində elektrik enerjisi təchizatı tam bərpa olunacaq.
“Azərişıq” ASC yaranmış narahatlığa görə abonentlərdən üzr istəyir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.