banner
banner

Sosİal

Ötən il Bakıda evdə doğuşların sayı azalıb

Ötən il Bakıda evdə doğuşların sayı azalıb

Ötən il ərzində Bakıda evdə doğuşların, yəni xəstəxanadan kənar doğuşların sayı 68 olub.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini İradə Əliyeva bu gün keçirdikləri hesabat xarakterli tədbirdə deyib.

Onun sözlərinə görə, 2016-cı ildə evdə doğuşların sayı 2015-ci ilə nisbətən azalıb:

"2015-ci ildə evdə doğuşların sayı 100 olub. Sayın azalması əhalinin savadlanması ilə bağlıdır. Bəzən insanlar deyirlər ki, evdə doğuşda heç bir problem yaranmaz. Ancaq evdə doğuşlar həm ananın, həm də uşağın sağlamlığı üçün təhlükə yarada bilər. Ola bilər ki, uşaq sağ-salamat doğulsun, amma ana üçün problem yarana bilər".

İ.Əliyeva deyib ki, adətən, təcili tibbi yardıma doğuşdan sonra müraciət edirlər. Həmin şəxslərin xəstəxanaya yerləşdirilməsi 100 faiz həyata keçirilir.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.